“Davarо” nəyi gizlətməyə çalışır? | “Məhsulların hazırlanmasını yalnız öz texnoloji həllərimiz əsasında həyata keçiririk”

2026/02/1771093110.jpg
Oxunub: 334     12:24     16 Fevral 2026    
“Son günlər beynəlxalq mediada “Davarо” şirkəti tərəfindən yaradılmış pilotsuz uçuş aparatları sistemlərinin əsasının digər istehsalçılar tərəfindən təqdim olunan texnologiyalara söykəndiyi barədə məlumatlar müzakirə olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Davarо” şirkəti açıqlama yayıb.

“Rəsmi şəkildə bəyan edirik ki, bu iddialar həqiqətə uyğun deyil. Dərc olunmuş təhlillər qeyri-dəqiq və real xüsusiyyətlərə uyğun gəlməyən məlumatlar əsasında aparılıb.

“Davarо” şirkəti məhsullarının hazırlanmasını yalnız öz texnoloji həlləri əsasında həyata keçirir və bu zaman erməni mühəndislik potensialına, toplanmış təcrübəyə və elmi-texniki imkanlara əsaslanır.

Şirkət tərəfindən hazırlanmış sistemlər yüksək texnoloji həllər, təkmilləşdirilmiş konstruksiya və yüksək səmərəliliklə xarakterizə olunur. Onlar dərc olunan materiallarda qeyd edilən sistemlərdən keyfiyyət və funksional imkanlar baxımından geri qalmır, bir sıra göstəricilər üzrə isə onları üstələyir.

Şirkətdə davamlı olaraq aşağıdakılar həyata keçirilir:

• texnoloji modernləşdirmə proqramları,
• tədqiqat və inkişaf işləri,
• istehsal güclərinin genişləndirilməsi və miqyasının artırılması.

Qeyd etməyi vacib sayırıq ki, pilotsuz uçuş aparatlarının konsepsiyalarında və ya konstruktiv sxemlərində müəyyən oxşarlıqların olması təqlid və ya kopyalama kimi qiymətləndirilə bilməz. Aviasiya və müdafiə texnologiyaları sahəsində beynəlxalq praktikada səmərəli konstruktiv prinsiplər kimi qəbul edilən ümumi mühəndislik yanaşmaları və aerodinamik həllər tətbiq olunur.

“Davarо” şirkətinin strateji məqsədləri yalnız Ermənistan silahlı qüvvələrinin və milli təhlükəsizlik sisteminin texnoloji səviyyəsinin yüksəldilməsinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə və yerli hərbi-sənaye potensialının inkişafına yönəlib”, - deyə açıqlamada qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davarо   Ermənistan  


Bizi "telegram"da izləyin